İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Otto Klemperer (1885-1973)

 

 

Otto Klemperer 1885-ci ildə Polşanın Breslau şəhərində anadan olmuşdur. İlk əvvəl pianist-ifaçı kimi Frankfurt Konservatoriyasında, sonralar isə təhsilini Berlindəki Ştern Konservatoriyasında davam etdirmişdir.

 

1905-ci ildə Qustav Malerlə tanışlığı və dostluğu nəticəsində Otto Praqa Teatrının orkestrinin bədii rəhbəri olmuşdur. Sonralar Otto Hamburq şəhər teatrında (1910-1912), Barmen teatrında (1912-1913), Strasburq şəhərində filarmoniyanın baş dirijoru (1914-1917), Köln Opera Teatrının bədii rəhbəri və bədii müdiri vəzifələrində çalışmışdır. Bəstəkar 1927-1931-ci illərdən dirijorluq fəaliyyəti ilə məşğul olmuşdur. Onun konsert repertuarı çox geniş idi. 1933-cü ildə Otto ABŞ köçür. Burada o Los-Anjeless Filarmonik Orkestrinin dirijoru təyin olunur.

 

1947-1950-ci illərdə Otto Budapeşt Opera Teatrında çalışaraq eyni zamanda avropa orkestrləri ilə də əməkdaşlıq edərək qastrol səfərlərinə çıxırdı. Bir sıra mükafatlara layiq görülmüşdür.

 

İ.S.Bax. Orkestr üçün süita №3

İfa edir: Filarmonik orkestr

Otto Klemperer - dirijor  

Loading the player...
R.Vaqner. "Valkiriyanın uçuşu"

İfa edir: Filarmonik orkestr

Otto Klemperer - dirijor 

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1