Marta Argerix (1941)
5 iyun 1941-ci ildə Buenos-Ayresde anadan olub. Marta Argerix Argentina pianoçusudur.Onun səhnədə ilk çıxışı 1949-cı ildə olmuşdur. F.Qulda, N.Maqalov və A.Benedetti Mikelancelidən dərs almışdır.
1955-ci ildən Avropada (2003-cü ildən Brusseldə) yaşayır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi - ifaçıların Cenevrədə (1957), Varşavada F. Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi xüsusi yer tutur. Marta F.Şopen və R.Şuman əsərlərinin mahir ifaçısıdır. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M.L. Rostropoviçin. A. Rabinoviç-Barakovskinin və digər məhşur dirijorların iştirakı ilə orkestr və kamera ansambllarında çıxış etmişdir.
İfası "Deutsche Grammophon", "EMİ", "Teldec", "Philips" və s. firmalar tərəfındən yazılmışdır. Hər il keçirilən musiqi festivalı (İsveçrə, Luqano; 2002-ci ildən) və Argerix adına pianoçular müsabiqəsinin (Buenos-Ayres, 1999, 2003) təşkilatçısıdır.
Sonata, skripka və fortepiano üçün Konsert № 9 lya major
İfa edir: skripka - İshaq Perelman, piano - Marta Argerix
İfa edir: Marta Argerix
24 prelüdlər fortepiano üçün
İfa edir: Marta Argerix
İfa edir: Marta Argerix
İfa edir: Marta Argerix
İfa edir: Marta Argerix