Adıgözəlzadə Murad Zöhrab oğlu
(20.11.1973)
Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu.
Adıgözəlzadə Murad Zöhrab oğlu 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.
1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb.
Həmin ilin dekabr ayında "İlin ən yaxşı musiqiçisi" adı ilə təltif edilib. 1996-cı ildə Bakı Musiqi Akademiyasını bitirərək Almaniyanın Münxen şəhərində Ali Musiqi Mətkəbində professor E.Virsaladzenin sinifinə daxil olub və 1998-ci ildə oranı bitirib.1998-ci ildən bu günə qədər professor E.Virsaladzenin assistenti M.Lidski ilə məsləhətləşmələri davam etdirir. Almaniyada oxuduğu dövrdə Şvelm şəhərində solo konsertlə çıxış edib. Həmin ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor E.Virsaladzenın sinifinə daxil olub və 2000-ci ilin noyabr ayında oranı bitirib. MDK-da oxuduğu dövrdə Moskvada, Türkiyədə, Bakıda konsertlərlə çıxış edib, həmçinin Vladimir Spivakov fondunun stependiantları ilə Ukraynanın Kiyev şəhərində musiqi festivalında iştirak edib. 2000-ci ilin dekabr ayında Bursa şəhərinin Dövlət Simfonik Orkestri ilə Türkiyədə konsertlərlə çıxış edib.
2001-ci ilin oktyabr ayında Tbilisidə ikinci beynəlxalq müsabiqənin qalibi olub. 2001-ci ilin dekabr ayında Gürcüstanın Tbilisi şəhərində beynəlxalq festivalda iştirak edib.
2002-ci ilin yanvar və fevral aylarında Almaniyada İnqolştad kamera orkestri ilə qastrollara çıxıb və Keninqsbaxda solo proqamla, həmin ilin mart ayında Moskvada "YAMAHA" şirkətinin təşkil etdiyi "Rixterin xatirəsinə" beynəlxalq festivalda, həmçinin Türkiyənin Antaliya şəhərində dövlət simfonik orkestri ilə, aprel ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kiçik zalında solo konsertlə, 2002-ci ilin may ayında Bakının Dövlət Simfonik Orkestri ilə çıxışlar edib. Həmin ilin iyun ayında P.İ.Çaykovski adına 12-ci beynəlxalq müsabiqəsində iştirak edib. Hazırda konsert fəaliyyəti ilə bərabər Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosentidir.
2004-cü ilin mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunmuşdur.
.
Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğludur.
Görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun nəvəsidir.
"Noktyurn"
İfa edir: Murad Adıgözəlzadə
Konsert № 4 fortepiano və simfonik orkestr üçün.
İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri
dirijor - Yalçın Adıgözəlov, solist – Murad Adıgözəlzadə.
Fortepiano məcmuəsi
İfa edir: Murad Adıgözəlzadə (fortepiano)
Three Sketches a la Watteau
Ifa edirlər: Ülviyyə Vəliyeva, Murad Adıgözəlzadə,
Elnara Haşımova və Tamilla Quliyeva
Ballada
Dirijor: Murad Adigozəlzade, Piano
Aşıq mahnısı
Dirijor: Murad Adigozəlzade, Piano
Nocturne
Dirijor: Murad Adigozəlzade, Piano
Humoresque
Dirijor: Murad Adigozəlzade, Piano
Lirik rəqsi
Dirijor: Murad Adigozəlzade, Piano
Vals
Dirijor: Murad Adigozəlzade, Piano
Laylay
Dirijor: Murad Adigozəlzade, Piano
Tokkata
Dirijor: Murad Adigozəlzade, Piano
"Two Pieces" (1) - (1994)
İfa edir: Murad Adigozəlzade, Piano
"Two Pieces" (2) - (1994)
İfa edir: Murad Adigozəlzade, Piano