İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Klaudio Abbado (1933 – 2014)

 

 

1933-cü ildə Milan şəhərində məşhur skripkaçı Mikelandjelo Abbadonun ailəsində anadan olmuşdur. C. Verdi adına Milan Konservatoriyasını bitirən Abbado Vyana Akademiyasında Xans Svarovskidən ifaçılıq mədəniyyətinin sirrlərini öyrənmiş, təkmilləşmişdir.

 

Artıq 1958-ci ildə ABŞ-da keçirilmiş S.A.Kusevistkinin adına dirijorların konkursunda I mükafata, 1963-cü ildə isə D.Mitropulos adına konkursda I mükafata layiq görülmüşdür. 1965-ci ildə ilk dəfə Abbado C.Rossininin “Sevilya bərbəri” operasının ifası ilə Zalsburq Festivalında çıxış etmişdir. 1971-ci ildən 1991-ci ilə qədər Abbado “La Skala” teatrının baş dirijoru və bədii rəhbəri vəzifəsində çalışmışdır. Eyni zamanda 1979-cu ildən 1987-ci ilədək simfonik orkestrinin dirijoru kimi bir sıra orkestrlərdə çıxışlar etmişdir.

 

1978-ci ildə Gənc Orkestrini yaratmışdır. Qustav Malerin pərəstişkarı olan Abbado Londonda 1985-ci ildə “Maler, Vyana və XX əsr” adlı festivalın rəhbəri və yaradıcısı olmuşdur. Abbado bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur. 1974-cü ildə Moskva şəhərində “La Skala” teatrının iştirakı ilə konsertlər vermişdir. Abbado bir sıra mükafatlara layiq görülmüşdür. “İtalyan Respublikasında əməyə görə”, Almaniya şəhərində əməyinə görə Ordenlərlə təltif olunmuşdur. Klaudio Abbado 2014-cü ildə Boloniya şəhərində vəfat etmişdir.

 

Vaqner Rixard

"Ouverture de Lohengrin"

İfa edir: Klaudio Abbado

Loading the player...
Rossini Coakkino

"La Gazza Ladra" uverturası

İfa edir: Klaudio Abbado

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1