DÜNYA İFACILARI
Kozlovskiy İvan Semenoviç (1900-1993)
İvan Kozlovskiy 1900-cu ildə Ukraynada sadə ukrayna ailəsində anadan olmuşdur. 7 yaşında artıq Kiyevdə xorda oxuyan İvan 1920-ci ildə vokal sinfi üzrə Kiyev musiqili-dramatik İnstitutunu bitirir.
1920-1923-cü illərdə İvan həmin institutun tamaşalarında, 1924-cü ildə Xarkov opera teatrının truppasında, 1925-1926-cı illərdə isə artıq solist kimi Sverdlov opera teatrında çalışmağa başlayır. 1926-cı ildə Böyük Teatra dəvət alır. 1938-ci ildə Dövlət Ansamblını yaradan İvan Kozlovskiy bu kollektivin bədii rəhbəri, həmçinin opera rejissoru kimi də çıxış edir.
1954-cü ildə yaradıcılığının ən məhsuldar dövrü idi. Onun konsert repertuarı çox zəngin idi. İ.S.Baxdan başlayaraq bütün rus, xarici bəstəkarların əsərlərinə müraciət edirdi. Hətta yaradıcılığında rus və ukrayna xalq mahnıları və klassik avropa bəstəkarlarının əsərləri, mahnıları, romansları da üstünlük təşkil edirdi. 87 yaşınadək İvan Kozlovskiy səhnədə peşəkar ifası ilə dinləyicilərin rəğbətini qazanmışdır. Kozlovskiy 1940-cı ildə SSRİ-nin Xalq Artisti adına, 1980-ci ildə Sosialist Əməyin Qəhrəmanı adına layiq görülmüşdür.