DÜNYA İFACILARI
Şalyapin Fyodor İvanoviç (1873-1938)
Fyodor Şalyapin 1873-cü ildə sadə kəndli ailəsində Kazan şəhərində dünyaya gəlmişdir. 1889-cu il Şalyapiniin aktyorluq bacarığının başlanğıcı idi. Bu illərdə o, V.B.Sereebryakovun dramatik truppasına daxil olaraq, burada tamaşaya qoyulan P.İ.Çaykovskinin “Yevgeniy Oneqin” operasından Zarestkinin partiyasının ilk çıxışı olur.
1893-cü ildə Moskvaya, sonra isə 1894-cü ildə Sankt-Peterburq şəhərlərində böyük müvəffəqiyyətlə konsertlər verir. Məhz böyük hörmətlə qəbul olunan Şalyapin Sankt-Peterburq İmperator Teatrında bir sıra operaların əsas qəhrəmanlarının ifası ilə seçilirdi. Və bu məqsədlə də o Mariinsk Teatrına işə düzələrək burada opera truppasının tərkibində (“Faust” Ş.Quno, “Ruslan və Lyudmila” M.Qlinka) işləməyə başlayır.
1896-1899-cu illərdən Şalyapin məşhur xeyriyyəçi S.İ.Mamontovun təkidi ilə Moskva opera teatrının truppasına daxil olur. Onun repertuarı geniş idi. Belə ki bura N.A.Rimski-Korsakovun – “Pskovityanka” (İvan Qroznıy), “Sadko” (Varyaj qonağı), “Motsart və Salyeri” (Salyeri), A.S.Darqomıjskinin – “Su pərisi” (Dəyirmançı), M.İ.Qlinkanın - “İvan Susanin” (İvan Susanin), M.P.Musorqskinin – “Boris Qodunov” (Boris Qodunov), “Xovanşina” (Dosifey) operaları daxildir. Onu da qeyd etmək lazımdır ki, Şalyapin kinoda da öz aktyorluq bacarığını göstərmişdir. Buna 1932-ci ildə çəkildiyi “Don Kixotun macəraları” adlı Q.Pabstanın filmini göstərmək olar. Onun Milan şəhərində La-Skala teatrında, hətta Şalyapin Çin və Yaponiyada 57 dəfə konsertlərlə uğurlu çıxışları olub.