İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Muxtarova Fatma Sәttar qızı (26.3.1893 — 19.10.1972)

 

Azərbaycan müğәnnisi (mezzo-soprano), Azәrbaycan SSR Xalq Artisti (1940). Gürcüstan SSR Əməkdar Artisti (1936). Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

 

Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Saratov Konservatoriyasını bitirmiş (1914), Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53-cü illәrdә AOBT-nın solisti olmuşdur. Atasını erkən itirmiş, ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində (Peterburq, Saratov və s.) "Katya" adı ilə şarmanka, eləcə də qarmonun müşayiəti ilə oxumuş, təlxək və oyunbazlarla birlikdə çıxış etmişdir. "Saratovskiye vedomosti" qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının prof. M.Y.Medvedevin köməyi ilə 1914-cü ildə Saratov Konservatoriyasını bitirdikdən sonra Moskvaya köçmüş, F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxumuşdur. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında oxumuşdur.
Fatma Muxtarova 1938-1953-cü illərdə M.F.Axundov ad. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Marfa, Marina Mnişek ("Xovanşina", "Boris Qodunov" M.Musorqski), Lyubaşa ("Çar gəlini" N.Rimski-Korsakov), Amneris ("Aida" C.Verdi), Dalila ("Samson və Dalila" K.Sen-Sans), Aksinya ("Sakit Don" İ.Dzerjinski), Əzra ("Nizami" Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen ("Karmen" J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış etmişdir. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Fitri istedada, güclü vә gözәl sәsә, yüksәk aktyorluq mәһarәtinә malik olan Fatma Muxtarova bir çox mәşһur müğәnnilәrlә çıxış etmişdir. Üzeyir Hacıbəyov onun sәnәtkarlığını yüksәk qiymәtlәndirirdi.

 

Bədəlbəyli Əfrasiyab

"Nizami" operasından ariya

İfa edir: Fatma Muxtarova

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1