AZƏRBAYCAN İFACILARI
Mehrəliyeva Fatma
(04.06.1926 - 04.01.2000)
Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960).
Yaradıcılıq fəaliyyətinə "Sazçı qızlar" ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur.
Üzeyir Hacıbəyovun "Şəfqət bacısı" mahnısının ifası ona uğur qazandırmışdır. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
"Arşın mal alan" filmində (1945) Telli rolunu ifa etmişdir. Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı olmuşdur.