İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Bədəlbəyli Fərhad Şəmsi oğlu (27.12.1947)

 

Pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru.

 

Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslavakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. ölkələri əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur. Dövlətimiz tərəfindən F.Bədəlbəyli 1972-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, Azərbaycanın Dövlət mükafatı Laureatı, 1990-cı ildə SSRİ xalq artisti ordenlərlə təltif olunmuşdur.

 

 

Hacıbəyov İsmayıl

"Cəngi" Fortepiano və Orkestr üçün Rapsodiya

İfa edir: Radio və Televiziya Simfonik Orkestri, dirijor - Ramiz Məlikaslanov, Fərhad Bədəlbəyli (fortepiano)

Loading the player...
Hacıyev Cövdәt

Ballada

İfa edir: Fərhad Bədəlbəyli (fortepiano)

Loading the player...
Qarayev  Qara

24 prelüd fortepiano üçün

İfa edir: Fərhad Bədəlbəyli (fortepiano)

Loading the player...
Prelüd №2
Loading the player...
Prelüd №5
Loading the player...
Prelüd №7
Loading the player...
Prelüd №15
Loading the player...
Prelüd №16
Loading the player...
Prelüd №18
Loading the player...
Prelüd №19
Loading the player...
Prelüd №20
Loading the player...
Prelüd №21
Loading the player...
Prelüd №22
Loading the player...
Prelüd №23
Loading the player...
Qarayev  Qara

Skripka və fortepiano üçün Sonata

İfa edirlər: Fərhad Bədəlbəyli (fortepiano) və Arif Manaflı (skripka)

1 hissə
Loading the player...
2 hissə
Loading the player...
3 hissə
Loading the player...
4 hissə
Loading the player...
Rzayev Azər

Skripka və fortepiano üçün Sonata

İfa edirlər: Fərhad Bədəlbəyli (fortepiano) və Arif Manaflı (skripka)

Loading the player...
Skryabin Aleksandr

Prelüd fortepiano üçün

İfa edir Fərhad Bədəlbəyli (fortepiano)

№ 2 op.11
Loading the player...
№ 1 op.15
Loading the player...
№ 4 op.16
Loading the player...
№ 5 op.16
Loading the player...
Gotfrid Həsənov.

Orkestr və fortepiano üçün Konsert.

İfa edir: Fərhad Bədəlbəyli (fortepiano)

Part 1. Non troppo
Loading the player...
Part 2. Andante
Loading the player...
Part 3. Allegro con brio
Loading the player...
George Gerşvin

Orkestr və fortepiano üçün Konsert.

İfa edir: Fərhad Bədəlbəyli (fortepiano)

Part 1. Allegro
Loading the player...
Part 2. Andante con moto
Loading the player...
Part 3. Allegro con brio
Loading the player...
Tofiq Quliyev.

"Qaytağı". Dance for piano and orchestra.

İfa edirlər: Fərhad Bədəlbəyli (fortepiano)

Loading the player...
Fərhad Bədəlbəyli

The Sea for piano and orchestra.

İfa edirlər: Fərhad Bədəlbəyli (fortepiano)

Loading the player...
Fərhad Bədəlbəyli

"Şuşa".

İfa edirlər: Joan Rodgers, Soprano;

Royal Philharmonic Orchestra;

Dmitry Yablonsky

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1