AZƏRBAYCAN İFACILARI
Qilels Emil (1916-1985)
Mahir pianoçu Qilels özünəməxsus ifa tərzi ilə seçilir. Belə ki, onun üslubunda daxili aləminə xas olan aristokrat cəhətlər ifa texnikası ilə birləşərək xüsusi gözəllik yaradır. O demək olar ki, dünya klassiklərinin fortepiano üçün yazılan əsərlərini ifa edib. L.V.Bethovenin fortepiano ilə orkestr üçün 5 Konserti və digər əsərləri buna misaldır. Qilels dünyanın bir çox ölkələrində ən məşhur musiqiçilərlə o, cümlədən, M.Rastropoviçlə, "Amadeus" ingilis kvarteti və digər ansambllarla çıxışlar etmişdir.