İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

David Fyodoroviç Oystrax (1908-1974)

 

 

David Oystrax rus musiqisinin mahir skripka ifaçısı, pedaqoq, dirijor kimi musiqi tarixində özünəməxsusluğu ilə fərqlənir. David Oystrax Odessa şəhərində 1908-ci ildə dünyaya gəlmişdir. 5 yaşında məşhur skripka müəllimi Stolyarskidən (skripka) dərslər alır. 1950-ci ildən skripka kafedrasının müdiri kimi çalışır. Onun ifaçılıq texnikasının sirrlərini tələbələri - Liana İsakadze, Valeriy Klimov, Qidon Kremer, İqor Oystrax, Viktor Pikayzen və b. ustalıqla yiyələnmişlər.

30-cu illərdən başlayaraq Oystrax L. Oborinin ansamblında çıxışlar edir. Oystrax bir çox ölkələrdə qastrol səfərlərində olmuş, mükafatlara layiq görülmüşdür. Bu qastrol səfərlərində hətta onu "Çar David" adlandırırdılar. Boston, Çikaqo, Rim, London şəhərlərində yüksək adlarla təltif olunmuş, SSRİ-nin Xalq artisti adına layiq görülmüşdür. Onun ifaçılıq repertuarı çox geniş idi. N.Myaskovskiy, S.Prokofyev, D.Şostakoviç və b.əsərlərini məharətlə ifa edirdi.  

A.Debüssi. Clair de lune

İfa edir: David Oystrax

Loading the player...
M.Ravel. Skripka ilə orkestr (fortepiano) üçün Rapsodiyası

D-dur.

İfa edir: David Oystrax (skripka), V.Yampolski (f-no)

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1