İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Dinu Lipatti (1917-1950)

 

 

Dinu Lipatti 1917-ci ildə Buxarestdə musiqiçi ailəsində anadan olmuşdur. Atası skripkaçı Pablo de Sarasate və Karl Fleşin şagirdi olmuşdur. Dinu Milli kollecdə oxuyaraq, Mixail Jordan fortepiano və bəstəkarlıq dərsləri alırdı. Sonra Buxarest Konservatoriyasına daxil olan Dinu öz mahir ifaçılıq istedadı ilə hamını heyran edir. Burada tələbələr tərəfindən təşkil olunan konsertdə Dinu E. Qriqin fortepiano konsertini virtuoz ifası ilə heyrətləndirir.

 

1932-ci ildə Lipatti özünün bəstələdiyi fortepiano, skripka və fortepiano üçün sonatinası mükafata, həmçinin “Qaraçılar” simfonik süitasına görə Qran-pri mükafatına layiq görülmüşdür.

 

Artıq 1933-cü ildə Vyanada keçirilən Beynəlxalq konkursda Lipatti II yerə layiq görülmüşdür. II Dünya müharibəsinin başlanması ilə Lipatti ölkəsini tərk etməli olur və Jenevada məskunlaşır. Lipattinin son konserti 1950-ci ildə Bezansonda keçirilən festivalda baş verir. Bu festivalda Lipatti İ.S. Baxın partitasını, V.A.Motsartın a-moll sonatasını, F.Şubertin 2 ekspromtunu, F.Şopenin valsını ifa edir. Ömrünün tez qırılmasına baxmayaraq özündən sonra səsyazma arxivində çoxlu sayda ifalarının qorunub saxlanması onu deyir ki, Lipatti XX əsr pianist ifaçılarının görkəmli nümayəndələrindən biri olmuşdur.

 

F.Şopen. Vals. e-moll Op. posth.

İfa edir: Dinu Lipatti

Loading the player...
İ.S.Bax. Xoral "Jesu Bleibet meine Freude..."

İfa edir: Dinu Lipatti

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1