DÜNYA İFACILARI
Daniyel Barenboym (1942)
1942-ci ildə Arqentinada dünyaya göz açmışdır. 5 yaşından artıq musiqi ilə məşğul olan Daniyelin ilk konserti 7 yaşında olmuşdur. 1954-cü ildə Daniyel Zalsburq şəhərinə gələrək burada İ.Markeviçdən dirijor sənətinin sirrlərini öyrənməyə başlayır.
1975-ci ildə Barenboym Paris Orkestrini yaradır. 1991-ci ildən 2006-cı ilədək Çikaqo Simfonik Orkestrinə rəhbərlik etmiş, 1992-ci ildə Berlin Dövlət Opera Teatrının bədii müdiri, 2006-cı ildə “La Skala" Milan teatrının dəvəti ilə orkestrə rəhbər, 2011-ci ildən isə həmin teatrda bədii dirijor və musiqi rəhbəri kimi çalışır. Daniyel həm ifaçı kimi, həm də dirijor kimi fəaliyyət göstərir. O bir çox məşhur ifaçı və dirijorlarla konsertlər vermişdir.
1965-ci ildə Daniyel İngilis Kamera Orkestrinin rəhbəri olmaqla yanaşı bu orkestrin ifasında V.A.Motsartın konsertlərini ifa etmiş, həm də lentə almışdır. Yaradıcılıq fəaliyyətinə görə Daniyel bir çox dövlət mükafat və ordenlərlə təltif olunmuşdur. Eyni zamanda 6 dəfə həm ifaçı, həm dirijor kimi “Qremmi” mükafatının laureatı olmuşdur. 2004-cü ildə İsrail şəhərində Volf mükafatına, 2007-ci ildə isə Yaponiya şəhərinin İmperator mükafatına layiq görülmüşdür.