İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Bülbül (Məmmədov Murtuza Məşədi Rza oğlu) (22.06.1897 – 26.09.1961)

 

Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.

 

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib, Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin 2 dəfə Lenin, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı", İtaliyanın Qaribaldi orden və medallarına layiq görülmüşdür.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və diplomatdır.
Nəvəsi Teymur Bülbül Rusiya Federasiyasının Əməkdar Artistidir.

 

Caһangirov Caһangir

"Gül camalın"

İfa edir: ifa edir:  Bülbül

Loading the player...
Ələsgərov Süleyman

"Vətənimdir" 

İfa edir: Bülbül

Loading the player...
Üzeyir Hacıbəyli 

"Sevgili canan"  romansı, söz:  G.Nisami 

İfa edir: Bülbül

Loading the player...
Xalq mahnısı "Almanı atdım xarala" 

İfa edir: Bülbül

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1