İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Arturo Benedetti Mikelandceli (1920-1995)

 

 

Arturo Benedettinin ifaçılıq məktəbi XX əsr dünya ifaçılıq musiqi mədəniyyətinin ən yüksək zirvələrində durur. Özünün ağır, kədərli, bir qədər dünyadan kənar, publika qarşısında ciddi siması ilə bir çox ifaçılardan seçilirdi. Musiqiyə o qədər dərin, subyektiv tərəfdən ciddi yanaşan Benedetti özünəməxsus ifa texnikası, musiqi dili, yanaşma tərzi ilə XX əsr ifaçıları arasında xüsusi yer tutur. İfa tərzi qeyri adidir. Hətta ifa tərsinə görə onu "Yen List" adı ilə də adlandırmışlar.

İfaçı 1939-cu ildə Avropada keçirilən İfaçıların Beynəlxalq Konkursunda ən yüksək mükafata layiq görülmüşdür. İfaçılıqla yanaşı Benedetti həmçinin İtaliyanın bir çox şəhərlərində pedaqoji fəaliyyətlə də məşğul olmuş, seminarlar etmiş, hətta Balsano və Berqamo şəhərlərində şəxsi öz hesabına məktəblər açdırmış və təqaüdlər də tələbələrə verilmişdir. 1964-cü ildə Moskvada qastrol səfərlərində olarkən böyük müvəffəqiyyətlə konsertlər vermişdir.

 

Y.Brams. "Ballada" № 1, re minor.

İfa edir: Benedetti Mikelandceli

Loading the player...
F.Şopen. Mazurka. №19

İfa edir: Benedetti Mikelandceli

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1