İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Haqverdiyev Əli Həsən oğlu (29.06.1939 - 14.09.1992)

 

Əli Haqverdiyev 1939-cu il iyunun 29-da tanınmış incəsənət xadimlərinin ailəsində anadan olmuşdur. O yalnız musiqi ilə deyil, incəsənətin digər növləri ilə də məşğul olub. Əvvəlcə Rəssamlıq Texnikumunda, sonra isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əli Haqverdiyev aktyor kimi fəaliyyət göstərib.


Bas səs tembrinə malik olan sənətkar uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. Onun rəsm əsərləri bir sıra sərgilərdə nümayiş olunub, aktyor kimi bir neçə Azərbaycan filmlərində də çəkilib. "Dədə Qorqud" filmindəki Yalıncıq obrazı və başqaları buna nümunədir.
Repertuarı çox zəngin olan Əli Haqverdiyevin bir vokalçı kimi özünəməxsus xüsusiyyəti olub. O, qərb və rus bəstəkarlarının ariyalarını, romanslarını azərbaycan dilinə tərcümə olunmuş variantda ifa edib. Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əli Haqverdiyev 1992 -ci il sentyabrın 29-u vəfat edib.

 

"Pəncərəmə qondu çiçək"

İfa edir: Əli Haqverdiyev

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1