AZƏRBAYCAN İFACILARI
Əliyev Azad Sabir oğlu (29.03.1951 - 30.03.2014)
Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının "Simli alətlər" kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyətilə yanaşı ifaçı kimi də fəaliyyət gəstərmişdir. Eyni zamanda BMA-nin "Solo oxuma" və "opera hazırlığı" kafedrasının dosenti idi.
2002-ci ildən Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 1994-cü ildən həyatının sonuna qədər Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olmuşdur. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi. 2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
Dövlətimiz tərəfindən Azad Əliyev 2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.
30 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir..