İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Abdullayeva Aida Həmdulla qızı (23.04.1922 – 2010)

 

Azərbaycan Respublikasının əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı.

 

Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır, Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilir. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir.


1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.

 

J.Bize

"Karmen" operasından - "Antrakt"

İfa edir: Aida Abdullayeva (arfa), Ələkbər İsgəndərov (fleyta)

Loading the player...
Z.Bağırov

"Çahargah"

İfa edir: Aida Abdullayeva (arfa)

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1