UŞAQ MAHNILARI


Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin profess

ional musiqidə geniş yayılmışdır.



 

AZƏRBAYCAN BƏSTƏKARLARININ UŞAQ MAHNILARI

Məmmədova Zabitə

 

"Çəpişim"

Musiqi: Z. Məmmədova Sözləri: İ. Tapdıq

İfa edir: "Rast" qrupu

Loading the player...
Mətn

Mənim bir çəpişim var,
Oyun çıxarır.
Qaçıb gəlir eyvana,
Keçir yuxarı.
Mənim bu dəcəlim
Yaman hay salır.
Gah qaçır, gah dayanır,
Oyun çıxarır.

Nəqərat
Mələyir, mələyir
Bu dəcəl çəpiş.
Çox qorxudur məni
Gördüyü çəp iş.
Gəlib oxşayıram mən,
Çəpişim oynayır
Yenə çəməndə
Qaçıb otlayır.

Gəlmir onun hayıfı
Çiçəyə, gülə.
Qırır yaşıl tənəyi
Dişləri ilə.
Mənim bu dəcəlim
Yaman hay salır.
Gah qaçır, gah dayanır,
Oyun çıxarır.

Nəqərat
Mələyir, mələyir
Bu dəcəl çəpiş.
Çox qorxudur məni
Gördüyü çəp iş.
Gəlib oxşayıram mən,
Çəpişim oynayır
Yenə çəməndə
Qaçıb otlayır.


"Məktəb valsı"

Musiqi: Z. Məmmədova Sözləri: V. Məlikli

Loading the player...
Mətn

I
Çox sevirik məktəbi biz,
Gödək olur dərs ilimiz.
Uzun keçdi tətilimiz.
Yayı yola salmışıq biz.
Riqqətlə vurur qəlbimiz,
Tükənib təki səbrimiz,
Məktəbçün darıxırıq biz.

Nəqərat:
Şagird dostlar, billur gözlü,
Dodaqları şirin sözlü.
Açıq qəlbli, gülərüzlü
Dostlar üçün, dostlar üçün,
Məktəbçün darıxırıq biz.

II
Anatək bəsləyir bizi,
Sevir, əzizləyir bizi.
Günəş üzlü, aybənizli,
Acı sözü, bal dənizi
Şirin dilli, ana əlli
Müəllimlər, müəllimlər
Biz sizinçün darıxırıq.

Nəqarət:
Keçir gecə, gəlir səhər.
Oyanacaq indi şəhər.
Açıl səhər, açıl səhər.
Məktəb üçün, məktəb üçün,
Məktəbçün darıxırıq biz.

 

Yuxarı Geri
mac website builder by Mobirise 1.7.1