UŞAQ MAHNILARI


Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin profess

ional musiqidə geniş yayılmışdır.



 

AZƏRBAYCAN BƏSTƏKARLARININ UŞAQ MAHNILARI

Fərziyeva Səadət

 

"Dostluq himni "

Musiqi: S. Fərziyeva Sözləri: S. Fərziyeva

Loading the player...
Mətn

Parladı göydə ulduzlar, hər tərəf nurlandı,
Bizim dünyaya gəlişimiz sizin üçün bayramdır!
Sizə dayaq olacayıq, zirvəyə yol açacayıq,
Bunun açarı tək birlikdədir!
Oxuyub möhkəm olarıq, arzularımıza çatarıq,
Bunun açarı tək birlikdədir!

Nəqarət:
Haydı, gəlin uşaqlar,
Biz mehriban yaşayaq,
Dostluq ölməzdir deyib
Dünyanı qoruyaq!

II
Güclüyük biz, güdrətliyik, sərvətimiz böyük,
Gələcəyin neymətiyik, məqsədimiz isə - sülh!
Dünyada sülhü qoruyaq, savaşlara biz son qoyaq,
Azadlıq - həyatın dəyəridir!
Biz bir olaq, möhkəm olaq, sanki yüz qatlı lay divar,
Azadlığı əlimizdə qoruyaq!

Nəqarət

III
Şənlənək, sevinc hissləri qəlblərimizə hopsun,
Qəm, qüssə, kədər, tənhalıq, bizdən uzaq olsun.
Halay vuraq, yallı gedək, "Həyat gözəldir ! "-söyləyək,
Mahnı söyləyək, rəqs edək, "Bir olacayıq!"- söyləyək,
Tanrı bizi hər zaman qorusun!

Nəqarət

"Heyvanların qonaqlığı"

Musiqi: S. Fərziyeva Sözləri: S. Fərziyeva

Loading the player...
Mətn

I
Çalın-çalın kamançanı,
Çağırın dələ, dovşanı,
Xoruzu, toyuğu – ko-ko-ko-ko-ko.
İstərsə inək də gəlsin,
Bizə yağlı süd gətirsin,
Faydalı, çox dadlı – mu-mu-mu-mu-mu.

Nəqərat:
Birgə əylənək, mahnı söyləyək,
Səsimiz göylərə ucalsın!
Tar, zurna çalaq, nağaranı vuraq,
Haydı qalx, başlayaq – dum-dum-dum-dum-dum!

II
Siçan-pişik dostlaşdılar,
Toplanla ara düzəldi
- məu, məu, məu, pi-pi-pi, hav-hav-hav-hav-hav!
Yolda bir az savaşdılar,
Qonaqlıqda barışdılar,
Afərin! Əl çalın – şap-şap-şap-şap-şap!

Nəqərat

III
Siz də gəlin qonaqlığa,
Sərçə, bayquş və qurbağa
- cik-cik-cik, u-u-u, qur-qur-qur-qur-qur!
Hindquşu, at, keçi, ulaq,
Burda yalnız dostlar olar
- me-me-me, i-a-a, qul-qul-qul-qul-qul.

Nəqərat

"Qaranquşum"

Musiqi: S. Fərziyeva Sözləri: S. Fərziyeva

Loading the player...
Mətn

I
Bir gün damda yuva qurdu
Bir ana quş, qaranquş.
Məni gördü, birdən qorxdu
O gözəl quş, qaranquş.
Əllərimi uzatdım,
Dedim: -“Gəl biz dost olaq”,
Birdən çiynimə qondu,
Sanki dedi “Razıyam”.

Nəqərat
Uç, uç, uç, uç,
Qaranquşum uç,
Al məni qoynuna
Səmalara uç.
(2 dəfə)

II
Yuvasında oturmuşdu
Baxaraq ətraflara,
Balasını qoruyurdu,
O, yırtıcı quşlardan.
Qorxma, dedim, gözəl quş,
Ay ana quş, qaranquş,
Sizi qoruyaram mən,
Qorxma,qorxma, gözəl quş.

Nəqərat

III
Bir gün gördüm qaranquşum
Artıq yoxdur yuvada,
Axtardım, gördüm oturub
Ağacın budağında.
Göyə qalxıb enirdi,
Balasın izləyirdi.
Balası qanad açdı,
Qaranquşum sevindi.

Nəqərat

 

Yuxarı Geri
mac website builder by Mobirise 1.7.1