UŞAQ MAHNILARI


Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin profess

ional musiqidə geniş yayılmışdır.



 

AZƏRBAYCAN BƏSTƏKARLARININ UŞAQ MAHNILARI

Rəcəbov Oqtay

 

"Uşaqlar sevinsin həmişə"

Musiqi: O. Rəcəbov Sözləri: M. İsmayılov

İfa edir: "Bənövşə" Uşaq xoru

Loading the player...
Mətn


I
Bu dünya hamıya beşikdir,
Bu dünya hamıya anadır.
Uşaqlar dünyanın sabahı,
Uşaqlar sabaha can atır.

Nəqərat:
Arzular gül açıb güllənsin.
Torpaqlar sevinsin həmişə
Günəşə dil açıb dillənsin,
Uşaqlar sevinsin həmişə.

II
Sülh olsun, yer üzü gül olsun,
Uşaqlar böyüsün firavan,
Günəşin nuruyla yuyulsun,
Bu yerlər, bu göylər, bu cahan.

Nəqərat:
Arzular gül açıb güllənsin.
Torpaqlar sevinsin həmişə
Günəşə dil açıb dillənsin,
Uşaqlar sevinsin həmişə.

III
Böyüklər, bəs kimdən sorulsun,
Cavabı suallı uşaqlar,
Beləcə böyüyüb boy atsın,
Atalı-analı uşaqlar.

Nəqərat:

Arzular gül açıb güllənsin.

Torpaqlar sevinsin həmişə

Günəşə dil açıb dillənsin,

Uşaqlar sevinsin həmişə.

 

Yuxarı Geri
mac website builder by Mobirise 1.7.1