UŞAQ MAHNILARI


Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin profess

ional musiqidə geniş yayılmışdır.



 

AZƏRBAYCAN BƏSTƏKARLARININ UŞAQ MAHNILARI

Mirzəyev Musa

 

"Yeni il gəlir"

Musiqi: M. Mirzəyev Sözləri: Hikmət Ziya

İfa edir: E. Xəlilova

Loading the player...
Mətn

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
– Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

 

Yuxarı Geri
mac website builder by Mobirise 1.7.1