UŞAQ MAHNILARI


Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin profess

ional musiqidə geniş yayılmışdır.



 

AZƏRBAYCAN BƏSTƏKARLARININ UŞAQ MAHNILARI

Cavanşirov Əfsər

 

"Ağacdələn"

Musiqi: Cavanşirov Əfsər, Sözləri: Tacəddin Şahdağlı

Loading the player...
Mətn

Qış yetişib gəlmir səsin,
Oxu, meşə nəğmə desin, nəğmə desin.
Söyüdlərdə boz ata min,
A dimdiyi şiş bir qələm,
Ağacdələn, ağacdələn.

Yaxşı qoru çiçəkləri,
Qurd yeməsin ləçəkləri, ləçəkləri.
Qır üstəki böcəkləri.
Hamı desin qədir bilən
Ağacdələn, ağacdələn.

Meşələrdə təbil çalan,
El-obaya haray salan, haray salan.
Öz işindən ləzzət alan,
Torpaqdələn, ağacdələn
Ağacdələn, ağacdələn.

"Quşlar"

Musiqi: Cavanşirov Əfsər, Sözləri: Abbas Səhhət

İfa edir: "Bənövşə" uşaq xoru 

Loading the player...
Mətn

I

Quşlar, quşlar a quşlar,
Qaranquşlar a quşlar,
Quşlar, quşlar a quşlar,
Qaranquşlar, a quşlar,
Cəh-cəh vurun burada,
Gah yerdə gah yuvada,
Qonun bu tək budağa,
Çox getməyin uzağa.

Nəqarət
A quşlarım getməyin,
Məni qəmgin etməyin.
A quşlarım getməyin,
Məni qəmgin etməyin.
Quşlar neyçün gedirsiz,
Yoxsa ki, seyr edirsiz?
Quşlar, quşlar a quşlar,
Qaranquşlar a quşlar.

II
Var isticə ölkələr
Qışda sizə xoş gələr
Var isticə ölkələr
Qışda sizə xoş gələr
Səbr eylə qoy yaz olsun
Bu qar, yağış az olsun
Sovqat gətirər quşlar
Sizə gözəl mahnılar

Nəqarət
A quşlarım getməyin
Məni qəmgin etməyin
A quşlarım getməyin
Məni qəmgin etməyin
Quşlar neyçün gedirsiz,
Yoxsa ki, seyr edirsiz
Quşlar a quşlar
Qaranquşlar a quşlar

"Oyun-oyuncaqlarım"

Musiqi: Cavanşirov Əfsər

İfa edir: "Bənövşə" uşaq xoru 

Loading the player...

 

Yuxarı Geri
mac website builder by Mobirise 1.7.1