Zülfüqarov Oqtay Qədir oğlu (1929)
Bəstəkar.
Bəstəkar, 1929-cu il mayın 31-də anadan olub. 1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor Q.Qarayevin sinfi) bitirmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1959), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının Xalq artisti (2000), "Şöhrət" ordeni (2009).
Əsərləri: "Şəngülüm, Şüngülüm, Məngülüm" uşaq operettası, "Meşə nağılı", "Pişik və sərçə" uşaq operaları, "Əlibaba və 40 quldur" baleti, "Təntənəli" uvertürası, "Sumqayıt" simfoniyası, Fleyta və simfonik orkestr üçün Konsert (2007), Violonçel və kamera orkestri üçün pyes (2007), "İntizar" böyük simfonik orkestr üçün Simfoniya (4 hissəli, 2008), "İnsan və zaman" kantatası. O.Zülfüqarov 200-dən çox mahnı mətnləri kitabçası (2006), 250-dən artıq uşaq mahnılarının müəllifidir.
Zülfüqarov Oqtay
"Gözəl Vətən"
Zülfüqarov Oqtay
"Bayram" uvertyurası
İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor - Y.Adıgözəlov
Zülfüqarov Oqtay
"Üç prelud"
İfa edir: Ülviyyə Haclbəyova, piano