BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Hacıbәyov Zülfüqar Әbdülhüseyn oğlu. (17.04.1884—30.09.1950)

 

Bәstәkar. Azәrbaycanın әmәkdar incəsənət xadimi, (1943).

 

Ü. Hacıbәylinin böyük qardaşı, Niyazinin atasıdır. Azәrbaycan musiqi mәdәniyyәtinin inkişafında xidmәtlәri böyükdür.

 

İlk Azәrbaycan operalarından olan "Aşıq Qәrib" (1915, tamaşası 1916) әsәrindә muğamlara әsaslanmış, xalq musiqi folkloru ilә Avropa musiqisini әlaqәlәndirmәyә çalışmışdır. Öz librettolarına bәstәlәdiyi "Әlli yaşında cavan" (1909), "Varlı" ("On bir yaşında gәlin", 1911), "Evliykәn subay" (1911) musiqili komediyaları musiqisinin sadәliyi, aydınlığı vә dramaturgiya baxımından diqqәtәlayiqdir.

 

Bir sıra mahnı, simf. ork., nәfәs alәtlәri vә xalq çalğı alәtlәri üçün әsәrlәr, dram tamaşalarına, "Almaz" kinofilminә (Niyazi ilә birgә) musiqi yazmışdır. "Nüşabә" vә "Üç aşiq" ("Mәlikmәmmәd") operaları yarımçıq qalmışdır.

 

Hacıbәyov Zülfüqar

"Aşıq Qərib"

İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının Orkestri,

dirijor: Niyazi, tar: Bəhram Mansurov

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1