Mirzəzadə Xəyyam Hadi Oğlu ( 05.10.1935 )
Bəstəkar, 1935-ci il oktyabrın 5-də anadan olub.
1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor Q.Qarayev sinfi) bitirmişdir.
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1975, 1986), Professor (1979), Azərbaycan Respublikasının Xalq artisti (1987), “Şöhrət” ordeni (2000).
Əsərləri: 2 simfoniya, "Oçerklər-63" simfonik poeması, iki simli kvartet, violino üçün Konsert, Sekstet, "Ağlar və qaralar" piano silsiləsi, bu silsilə əsasında yazılmış eyniadlı bir pərdəli balet, orkestr əsərləri - "Memory", "Konsertştük", "Pianto", R.Rzanın sözlərinə 4 essedən ibarət "Etiraf" vokal silsilə, kamera-instrumental əsərlər, dram tamaşalarına və kinofilmlərə musiqi.
Azərbaycan Xalq Artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Prezident təqaüdçüsü, professor.
Mirzəzadə Xəyyam
"Triptix" (1970)
İfa edir: Moskva Dövlət Simfonik Orkestri, dirijor Kamal Abdullayev, 1978
1 hissə
2 hissə
3 hissə
Mirzəzadə Xəyyam
"Metamorfozlar"
Mirzəzadə Xəyyam
"Konserto qrosso"
İfa edir: Azərbaycan Kamera Orkestri, dirijor: Vladimir Runçak