BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

DÜNYA BƏSTƏKARLARI

 

Cuzeppe Fortunino Françesko Verdi (10.10.1813 – 27.01.1901)

 

Cüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

 

Orkestr Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam edir. 1838-ci ildə yazdığı "Oberto" adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi. Ardıca Verdinin operası "Nabukko" 1841-ci ildə yarandı. "Nabukko"dan sonra ard-arda "Lombardi", "Ernani", "I due Foscari" operalarını yazan Verdi böyük şöhrət qazandı. Bir anlaşılmazlıq səbəbiylə artıq operalarını Milanda sahnələşdirmək istəmədiyi üçün "Alzira", "Atilla", "Makbet" digər İtaliya şəhərlərində, "I Masnadieri" əsəri isə Londonda səhnələşdirildi. Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri "Don Karlos"dur. Operalarına mövzu tapmaqda çox həssas davranır və xalqın bəyənəcəyi aktual mövzulara müraciət edirdi.

 

"La Traviata" operasında ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar aktual mövzunu işləyərək opera tarixçilərinə görə o günə qədər kimsənin cəsarət edə bilmədiyi tətbiqin qabaqcılı oldu. 1848-ci ildə Milanın avstriyalılar tərəfindən tutulmasından sonra "Il Corsaro", "La Battaglia di Legnano" və "Luisa Miller” operalarını yazdı. 1851-ci ildə Verdinin "ən yaxşı əsərim" dediyi "Traviata" Venesiyada səhnələşdirildi. Zaman keçdikcə bu əsər ən sevilən operalardan biri oldu. Verdinin Aleksandr Dumanın "Kameliyalı qadın" romanından ilhamlanaraq yazdığı "La Traviata" ədəbiyyata söykənən operanın ən tanınmış nümunələrindəndir və "Carmen" ilə birlikdə realizm məktəbinin qabaqcıllarından biridir. "Rigoletto" operasının mövzusu Viktor Hüqonun "Kral əylənir" adlı əsərindən götürülüb.

 

Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur "Aida" operası bir il sonra Süveyş kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu. Opera 1870-ci ilin noyabr ayında bitmiş olur, 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə "Otello" operası ilə sevimlilərinin qarşısına çıxdı. "Otello" Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir. 6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri "Falstaf"ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri vətəndaşı titulu verildi. Bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda dünyaya göz yumdu.

 

 

Verdi Cuzeppe

"Riqoletto" operası 

Giriş

İfa edir: La Scala Opera Teatrı, xor və orkestr, dirijor: Rikardo Muti

Loading the player...

1-ci Pərdə. Cildanın ariyası.

İfa edir: Coan Sazerlend

Loading the player...

Cilda və Riqolettonun duetı

İfa edir: İrina Maslennikova və David Gamrekeli. 1949

Loading the player...

Hersoq Matuanskinin ariyası

İfa edir: Luçiano Pavarotti

Loading the player...

2-ci Pərdə. Riqolettonun ariyası

İfa edir:  Müslüm Maqomayev

Loading the player...

Hersoqun balladası

İfa edir: Franko Korelli, 1958

Loading the player...

Kvartet

İfa edir: А.Моffо, А.Кraus, Р.Меrrill, Р.Elias

Loading the player...

Verdi Cuzeppe

”Traviata”  operası 

Preludiya

İfa edir: San-Karluş teatrının orkestr və xoru, dirijor – Franko Qione

Loading the player...

I pərdə - Violettanın ariyası  

İfa edir: Anna Netrebko

Loading the player...

III pərdə - Violettanın ariyası  

İfa edir: San-Karluş teatrının orkestr və xoru, dirijor – Franko Qione

Loading the player...

Verdi Cuzeppe

”Aida”    operası 

I pərdə. Radamesin romansı

İfa edir: Luciano Pavarotti

Loading the player...

I pərdə. Aidanın ariyası "Ritorna-vincitor"

İfa edir Mariya Kallas

Loading the player...

I pərdə. Radames və Amnerisin dueti

İfa edir: Plasido Dominqo və Aqnes Baltsa 

Loading the player...

II pərdə. 1 səhnə. Amneris və Aidanın dueti

İfa edir: Tiziana Karraro, Olqa Romanko

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1