Tofiq Əhmədağa oğlu Bakıxanov (08.12.1930)
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1991), professor (1983)
1930-cu ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür.
1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.
1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının, 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir.
Bakıxanov Tofiq
Konsert № 2
İfa edir: Telman Hacıyev
Bakıxanov Tofiq
Kansonetta
İfa edir: Telman Hacıyev
Bakıxanov Tofiq
Ballada
İfa edir: Telman Hacıyev
Bakıxanov Tofiq
"Səhər nəğməsi"
İfa edir: Telman Hacıyev