DÜNYA BƏSTƏKARLARI
İqor Stravinski
(16.06.1882 - 06.04.1971)
Həm Qərb, həm də anadan olduğu Rusiyada bir çoxlarının XX əsrin ən böyük bəstəkarı hesab etdiyi rus bəstəkarı, "Time" jurnalı Stravinskini XX əsrin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil etmişdir. Bəstəkarlıqla yanaşı, Stravinksi həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanmışdır.
Stravinskinin bəstəkarlıq fəaliyyəti öz üslubu, rəngarəngliyi ilə diqqət çəkir. Ona ilk şöhrəti Sergey Dagilev adlı impressario tərəfindən həvalə edilmiş üç baleti olmuşdur. Bu baletlər, yəni, "Alov quşu" (The Firebird) (1910), "Petruşka" (1911) və "Bahar mərasimi" (1913) Dagilevin Rus Baleti səhnəsində tamaşaya qoyulur. Premyerası iğtişaşla başa çatan Mərasim baleti ritmik quruluşa daha çox fikir verən əvvəlki nəsil bəstəkarların fikrinə təsir edir və günümüzə qədər bütpərəstlik mərasimi kimi qəbul olunan qədim Rusiyada baş verən hadisələri əks etdirən təcəssümü indiyə qədər tamaşaçıları valeh etdirməkdədir.
1920-ci illərdə Stravinski yaradıcılığının rus dövründən neoklassik dövrünə qədəm qoyur. Bu dövrə aid əsərlərində ənənəvi klassik musiqi formaları olan concerto grosso, fuga, simfoniyalardan istifadə edir, gərgin emosional anları soyuqluq və ya laqeydsizliyin səthi görüntüsü altında gizlədir və tez-tez Bax, Verdi, Çaykovski kimi ustad bəstəkarları anır.