BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

DÜNYA BƏSTƏKARLARI

 

Frederik Şopen (01.03.1810 - 17.10.1849)

 

Frederik Şopen 1810-cu il fevralın 22-də Varşava yaxınlığında dünyaya gəlib. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlıqdan musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen, böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərlərini hazırlayır. Bu zaman o həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır.

 

Paris şəhəri. 1831-ci il. Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar — List, Berlioz, Bellini, yazıçılar — Heyne, Balzak, rəssam Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi.

 

Taleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir.

 

Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir. Bəstəkar 1849-cu il oktyabrin 17-də vəfat edir.

 

Şopen Frederik

24 prelüdlər fortepiano üçün

№ 4 Op. 28  e-moll. Largo

İfa edir: Van Klibern

Loading the player...

№ 6 Op. 28  h-moll. Assai lento

İfa edir: Martha Argerix

Loading the player...

№ 7  Op. 28 A-dur. Andantino

İfa edir: Marta Argerix

Loading the player...

№ 15 Op. 28 Des-dur. Sostenuto

İfa edir: Marta Argerix

Loading the player...

№ 20 Op. 28c-moll. Largo

İfa edir: Marta Argerix

Loading the player...

Şopen Frederik

Mazurka № 34 C-dur, op. 56 №2 

İfa edir: Yevgeniy Kisin

Loading the player...

Şopen Frederik

Mazurka№13  a-moll op. 17 №-4

İfa edir: Vladimir Qorovits  

Loading the player...

Şopen Frederik

Sonata №2 Op. 35 b-moll  

İfa edir: Vladimir Qorovits  

1 hissə

Loading the player...

2 hissə

Loading the player...

3 hissə

Loading the player...

4 hissə

Loading the player...

Şopen Frederik

F.Şopen. Fortepiano və orkestr üçün konsert №1 e-moll

ifa edir: Filadelfiya Orkestri, dirijor - Yudjin Ormandi,

solist – Emil Qilels

1 hissə. Allegro maestoso

Loading the player...

2 hissə. Romance. Larghetto

Loading the player...

3 hissə. Rondo. Vivace

Loading the player...

Şopen Frederik

Ballada №1 Op.23 g-moll

İfa edir: Artur Rubinşteyn

Loading the player...

Şopen Frederik

Etüd №1 op.10 c-dur

Loading the player...

Şopen Frederik

Etüd №12 op.10 c-moll

Loading the player...

Şopen Frederik

Etüd №11 op.25 a-moll

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1