Emin Sabitoğlu - Mahmudov Emin Sabit oğlu (1937 - 2000)
Bəstəkar.
Emin Sabitoğlu 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra Konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Y.Şaporinin bəstəkarlıq sinfi). 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilər də özünəməxsusluğu ilə seçilir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.
Sabitoğlu Emin
"Aman ayrılıq"
İfa edir: Sabitoğlu Emin
Sabitoğlu Emin
"Bağışla"
İfa edir: Flora Kərimova
Sabitoğlu Emin
"Neyləyim"
İfa edir: Akif Islamzadə
Sabitoğlu Emin
"Payız gəldi"
İfa edir: Hüseyn Bakılı (Həsənov)
E. Sabitoğlu
"Laylay”
İfa edir: Şövkət Ələkbərova
E. Sabitoğlu
"İnsaf da yaxşı şeydi"
İfa edir: Zeynəb Xanlarova
E. Sabitoğlu
"Əhv etdim"
İfa edir: Yalçın Rzazadə
E. Sabitoğlu
"Ala gözlüm"
İfa edir: Akif İslamzadə
E. Sabitoğlu
"Dağları duman alanda"
İfa edir: Zeynəb Xanlarova