BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Fərəcov Sərdar Fərəculla oğlu. 08.12.1957

 

Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi.

 

S.Fərəcov 1982-ci ildə Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir. Əmək fəaliyyətini o, 1977-ci ildə musiqi müəllimi kimi başlamışdır. 1984-cü ildən Ü.Hacıbəyovun Bakıdakı ev muzeyində çalışmış, 2005-ci ildən muzeyin direktorudur.

 

Bəstəkar kimi S.Fərəcov hələ tələbəlik illərindən əsərləri müxtəlif konsertlərdə, festivallarda, bəstəkarların qurultayında və müsabiqələrdə səslənmiş və bir sıra diplomlarla təltif olunmuşdur. Beləki, piano üçün yazılmış «Variasiyalar»-Azərbaycan bəstəkarlarının V qurultayında, Moskvada, İrəvanda keçən ümumittifaq festivallarda, «TRİO» əsəri Bakıda keçən ümumittifaq festivalda, I Simfoniyası isə 1983-cü ildə Moskva şəhərində keçən ümumittifaq müsabiqə laureatı kimi diplomlarla mükafatlandırılmışdır. S.Fərəcov simfoniya janrı üzrə ümumittifaq laureat adına layiq görülən yeganə azərbaycan bəstəkarıdır.

 

Bir çox teatrlar-Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Dövlət Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Şəki Dövlət Teatrı, İrəvan Azərbaycan Teatrı, Tiflis Azərbaycan Teatrı S.Fərəcovla sıx yaradıcılıq əlaqələri saxlayır. Bəstəkarın əsərləri arasında 2 simfoniya, 2 operetta, 1 uşaq operası, simli orkestr üçün suita, 1 müzikl, simfonik poema, xor üçün konsert, simli kvartet, Trio, 2 piano üçün konsert suitası, vardır.

 

S.Fərəcovun musiqi sahəsində elmi araşdırmaları da vardır. 1996-cı ildə nəşr olunan «Üzeyir Hacıbəyov ensiklopediyası»na 30 yaxın elmi məqalə yazmışdır.

1986-2006-ci illər ərzində dövrü mətbuatda, dərgilərdə onlarla məqalələri, elmi araşdırmaları nəşr olunmuşdur. Respublika Mədəniyyət fondunun mükafatçısı, Dövlət Gənclər və Musiqili Komediya teatrının bədii şurasının üzvüdür. Bəstəkar kimi 10-dan artıq müsabiqə laureatıdır.

 

S.Fərəcov ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeri, bir neçə hekayə, səhnə əsəri, librettosu, ssenarisi vardır. Ü.Hacıbəyova həsr etdiyi «Qu nəğməsi» radio-pyesi dövlət radiosunda səslənmişdir. Radio efirində, səhnədə səslənən bir-sıra mahnıların da mətni və musiqisinin müəllifidir.

 

 

Sərdar Fərəcov

Freska "Koroglu"

İfa edir: Ukrayna Simfonik Orkestri, dirijor: Kərimov Fəxrəddin

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1