DÜNYA BƏSTƏKARLARI
Coakkino Rossini (29.02.1792 - 13.11.1868)
Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağı, violonçel və korno çalmağı öyrənirdi. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi.
Onun ilk operası "Evlilik müqaviləsi" (La Cambiale di Matrimonio) 18 yaşında Venesiyada səhnəyə qoyuldu, dördüncü əsəri ciddi opera “Tancredi” və beşinci əsəri komik opera "Əlcəzairdə İtalyan Qız” (L"Italiana in Alger) operalarını ilə şöhrət qazandı. Əsas əsəri "Sevilya bərbəri" (Il Barbiere di Siviglia) operasını isə 24 yaşında ikən Romada səhnəyə qoydu. Sindrella nağılından ilhamlanan “Sinderella” (La Cenerentola) operasını 1816-cı ildə yazmışdır. 18-37 yaşları arasında 39 opera bəstələdi. Son operası uvertüra, fırtına səhnəsi və balet musiqisi ilə səslənilən "Guillaume Tell" ("Vilqelm Tell") idi. 37 yaşinda opera bəstəkarlığını buraxdı. Yaşadığı dövrdə çox məşhur bir bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnəyə qoyulur.
Əsərləri : Demetrio e Polibio (1806); İpək Nərdivan(1812); qumarbaz Oğul (1813); İtalyan qadın Əlcəzairdə (1813); Türk İtaliyada (1814); Elisabetta, Regina d"lnghilterra (1815); Sevilya bərbəri (1816); Otello (1816); Sinderella (1817); Oğru sağsağan (1817); Musa Misirdə (1818); II. Mehmet (1820); Zelmira (1822); Semiramide (1823); Qraf Ori Le Comte Ory (1828); Korent Kuşatması (1826); Guillaume Teli (1829).
Coakkino Rossini 13 noyabr 1868-ci ildə vəfat etmişdir.