BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Rauf Soltan oğlu Hacıyev (1922-1995)

 

Bәstәkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti

 

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dahi bəstəkar Üzeyir bəy yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir.

Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a. O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir. R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur (film, 1963)". Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə getmişdir.

 

R. Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim – Kuba"dır. Əsər Moskva Operetta teatrının sifarişi ilə yazılmışdır. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyir. 1971-ci ildə R. Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir.

 

Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R. Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar. Burada Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə "Üç inqilab" adlanan baletini bəstələyir. Bu baleti Əlcəzair tamaşaçıları böyük rəğbətlə qarşıladılar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra "Alov" və "Hürriyət" adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır.

 

Hacıyev Rauf

"Azərbaycan"

İfa edir: Rəşid Behbudov

Loading the player...

Hacıyev Rauf

"Sevgilim"

İfa edir: Sevil vokal ansmblı  

Loading the player...

Hacıyev Rauf

Violin və orkestr üçün Konsert

R.Hacıyev adına №15 Uşaq Musiqi məktəbinin şagirdi

Təhminə Abdullayeva

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1