Şarl Fransua Quno (17.06.1818 — 18.10.1893)
Fransız bəstəkarı, musiqi tənqidçisi, fransız lirik operasının yaradıcısı, yazıçı-publisist Şarl Quno 1818-ci il iyunun 17-də Parisdə incəsənət xadimlərinin ailəsində anadan olmuşdur. Atası rəssam Fransua Lui, anası Viktoriya isə musiqi müəllimi idi.
Şarl Quno 1838-ci ildə Paris Konservatoriyasına daxil olur. Həmin ildə "Fernan" kantatasına görə Pim mükafatına layiq görülür. O 1843- 1848-ci illərdə kilsədə orqan ifaçısı işlədiyinə görə əsərləri də dini məzmunda olub. 1851-ci ildə ilk əsəri olan "Safo" operasının premyerası keçirilir.
1854-cü ildə isə "Zəhərlənmiş monaxinya" operası səhnəyə qoyulur. Lakin bu əsərlərin taleyi uğurlu olmur. Şarl Quno 1858-ci ildə Molyerin süjeti əsasında "Lekor ponevole" komik operasını yazır. 1859-cu ildə isə məşhur "Faust" operasının premyerası olur. Bəstəkarın digər əsərlərinə "Fileman və Bavkida", "Safs şahzadəsi", "Romeo və Culyetta" operaları, "Ölüm və həyat" oratoriyası və b. daxildir.
Quno Şarl Fransua
”Faust” operası
Giriş
Mefistofelin kupletləri
İfa edir: Aleksandr Piroqov
Marqaritanın ariyası
İfa edir: Anna Netrebko
Marqaritanın balladası "Ballade du Roi de Tule..Air des bijoux "
İfa edir: Monserrat Kaballe
II pərdə - Marqaritanın “mirvari” ilə ariyası
İfa edir: Alina Yarovaya
II pərdə. Vals.
İfa edir: Vyana Filarmonik Orkestri , dirijor - Rudolf Kempe
III pərdə. Faustun kavatinası. "Salut, demeure chaste et pure"
İfa edir: Nikolay Gedda