Qlinka Mixail (01.06.1804 - 15.02.1857)
Mixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur.
1828 – 1834 – cü illərdə İtaliya və Almaniyada yaşamış bəstəkar bir sıra bəstəkar və müğənnilərlə tanış olaraq müasir musiqini öyrənir, vokal yaradıcılığı sahəsində təkmilləşir. İtaliyada olarkən o, fortepiano və simli alətlər üçün sekstet, "Patetik trio", "Venasiya gecəsi", "Qalib" və s. romanslarını yazmışdır. 1832 – ci ildə Qlinka milli opera yaratmaq fikrinə düşür. 1834 – ci ildə Rusiyaya qayıtdıqdan sonra Jukovski tərəfindən təklif olunmuş İvan Susanin mövzusu Qlinkanı maraqlandırır. Operanın ilk tamaşası 1836 – cı ildə (27/XI) olmuşdur.
1837 – ci ildə Qlinka saray nəzdində olan kapellada işləyir. Bu dövrdə bəstəkar yeni – "Ruslan və Lyudmila" operasını yazmaq qərarına gəlir. Arzu edirdi ki, operanın librettosunu A.S. Puşkin yazsın, lakin librettonu bəstəkar özü yazmalı oldu. Bu opera üzərində Qlinka 5 ilə yaxın çalışır. Operanın ilk tamaşası 1842-ci ildə çox böyük müvəffəqiyyətlə keçmişdir. Qlinka eyni zamanda "Vals fantaziya", N.V. Kukolnikin (1808–1868) "Knyaz Xolmski" faciəsinə musiqi, 12 romansdan ibarət "Peterburqla vida" məcmuəsini və s. əsərlər yazmışdır.
Bəstəkar 1844–cü idə Parisə, 1845–ci ildə İspaniyaya gedir. İspaniyada olarkən xalq mahnı və rəqslərini dinləmiş və nota salmışdır. Bu səfərin təsərrüfatı nəticəsində o, "Araqon xotası" uvertürasını, İspaniyadan qayıtdıqdan sonra (1848 – ci ildə) ikinci ispan uvertürasını yazır. 1848–1857–ci illəri Qlinka Peterburq, Varşava, Paris və Berlində keçirmişdir. O, 1848 – ci ildə "Kamarinskaya" simfonik poemasını yazır, "Taras Bulba" simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayır. 1856–cı ildə Qlinka Berlinə gedir, 1857 – ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnir və 1857 – ci il fevralın 3 – də vəfat edir. Onun külünü Peterburqa aparırlar.
Qlinka Mixail
"Ruslan və Lyudmila" operası
Uvertyura
İfa edir: Smolenskinin Rus Milli Orkestri
Lyudmilanın kavatinası
İfa edir: Qalina Kovaleva
Farlafın rondosu
İfa edir: F.İ.Şalyapin
II pərdə. Ruslanın ariyası
İfa edir: Georgiy Seleznev,
Leningrad Dövlət Filarmoniyanın Simfonik Orkestri
III pərdə. Fars qızlarının xoru.
İfa edir: Böyük Teatrının Xor və Orkestri, dirijor: S.Samosud. 1938
Ratmirin ariyası
İfa edir: Erik Kurmanqaliyev
Çernomorun marşı
İfa edir: Böyük Teatrının Orkestri, dirijor: K.Kondraşin. 1950
IV pərdə. Lyudmilanın ariyası
İfa edir: Böyük Teatrın orkestr və xoru, dirijor – K.Kondraşin
solist – V.Firsova
V pərdə. “Ax tı svet Lyudmila” xor
Qlinka Mixail
"İvan Susanin" operası
Xor “Rodina moya”
I pərdə. Xor “Ne tomi, rodimıy”
I pərdə. Antonidanın kavatina və rondo
II pərdə. Polonez
II pərdə. Mazurka
II pərdə. Krakovyak
II pərdə. Vals
III pərdədə Vanyanın mahnısı
Antonidanın romansı
IV pərdə. Susaninin ariyası
Xor “Slavsya”
Qlinka Mixail
"Yol mahnısı"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"Torağay"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"O gözəl anı xatırlayıram"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"Şübhə"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"V krovi qorit oqon jelannya"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"Ya zdes İnezilya"
İfa edir: Mark Reyzen
Qlinka Mixail
"Ne iskuşay menya bez nujdı"
İfa edir: Mark Reyzen
Glinka Mixail
"Vals-fantaziya"
İfa edir: Akademik Simfonik Orkestr, dirijor – E.Svetlanov
Qlinka Mixail
"Kamarinskaya"
İfa edir: Simfonik Orkestr, dirijor – Leopold Stakovskiy