Qliyer Reynqold (11.01.1875 - 23.06.1956)
Rus musiqisinin görkəmli bəstəkarı R.M.Qliyer dekabrın 30-u 1874-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1900-cü ildə Moskva Konservatoriyasını bitirən bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə Almaniya şəhərində Oskar Friddən dirijorluq dərslərini alır.
1900-cu ilin əvvəllərindən Belyayev dərnəyinin üzvü kimi burada bir çox bəstəkarlarla A.K.Qlazunov, S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan bəstəkarın yaradıcılığı formalaşmış və mükəmməlləşmişdir. 1913-1920-ci illərdən Kiyev Konservatoriyasının professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın direktoru olmuş, eyni zamanda da bəstəkarlıq ixtisasından dərs vermişdir. Bəstəkarın yaradıcılıq laboratoriyası zəhgindir.
Bura “Şahsənəm”, “Leyli və Məcnun”, “Gulsarə”, “Torpaq və səma”, “Raşel” operaları, “Xrizis”, “Krasnıy mak”, “Komediantı”, “Mednıy vsadnik”, “Taras Bulba”, “Kleopatra” baletləri, 3 simfoniya, “İlya Muromest”, “Təntənəli uvertyura”, Poema “Sirenı”, “Pobeda” uvertyura, slavyan mövzularında uvertyura, arfa, violonçel, skripka, valtorna və orkestr üçün Konsertlər, kvartetlər, oktet, sekstetlər daxildir.
Qliyer Reynqold
“Qırmızı çiçək” baleti
Tao Xoa variasiyası
İfa edir: Leninqrad Opera və Balet Teatrının Orkestri
Tao Xoa və fenikslar adajiosu
İfa edir: Leninqrad Opera və Balet Teatrının Orkestri
Sovet dənizçilərinin rəqsi "Yabloçko"
İfa edir: Böyük Teatrının Orkestri. 1927