BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

DÜNYA BƏSTƏKARLARI

 

Volfqanq Amadey Mosart (27.01.1756 - 05.12.1791)

 

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Zalzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmış "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verilmişdir. Motsart isə özünü sonralar "Volfqanq Amadey Motsart" kimi adlandırmağı üstün tutmuşdur.

 

Motsartın atası Leopold Motsart Zalzburq arxiyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir. Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. O musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. 1781-ci ilin yanvarında Motsartın “Idomeneo” operası Münhendə böyük uğurla səhnəyə qoyulur. Həmin ilin martında isə bəstəkar Vyanaya çağırılır.

 

Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. O əvvəlcə piano ifaçısı kimi çıxış edir və 1781-ci ilin 24 dekabrında İmperator sarayında təşkil olunmuş piano müsabiqəsində Muzio Klementi ilə yarışır və tezliklə özünü mahir piano ifaçısı kimi doğruldur. Motsart bəstəkar kimi də böyük nailiyyətlərə imza atır. 1781-1782-ci illər arasında “Die Entgührung aus dem Serai” l operasını yazır. Bu əsər 16 iyul 1782-ci il tarixində səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartın bəstəkarlıq şöhrətini daha da artırır. Vyanaya qayıdışdan bir müddət sonra Motsart Haydnla tanış olur və iki böyük bəstəkar tezliklə dostlaşırlar. Haydn Vyanaya gələndə Motsartla görüşər və onlar birlikdə kvartetdə ifa edərdilər. Motsartın altı kvarteti Haydna həsr olunub (K. 387, K. 421, K. 428, K. 458, K. 464, and K. 465)

 

1786-ci ildə "Fiqaronun toyu" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır. Praqa opera sevərləri əsərin 1787-ci il premyerasını həddindən çox bəyənirlər və əsər bir il sonra Vyanada da uğurla nümayiş olunur. Ömrünün son ili böyük məhsuldarlıq və şəxsi dirçəlişi ilə yadda qalır. Bu ildə Motsart çoxlu sayda musiqi əsərləri yaradır: "Sehrli fleyta", sonuncu piano konseri (B bemolda), Klarnet konserti, simli kvartet seriyasından son kvarteti (E bemolda ), Ave verum corpus kilsə nəğməsi və bitirə bimədiyi Rekviyemi Motsart 1791-ci ildə imperatorun Praqada tacqoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən "La clemenze di Tito" operasının 6 sentyabr premyerasında xəstələnir. Lakin xəstəliyi noyabrın 20-dən etibarən şiddətlənməyə başlayır. Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Ölümündən sonra Vyana və Praqada xatirəsinə həsr olunmuş konsertlər daha böyük kütlələri cəlb etmişdir. Həqiqətən də, ölümündən sonra bəstəkarın şöhrəti görünməmiş bir tərzdə artır.

 

Mosart Volfqanq Amadey

Sonata №11 A-dur 

İfa edir: Vladimir Qorovits  

Loading the player...

Mosart Volfqanq Amadey

Sonata №13 c-moll 

İfa edir: Qlen Quld

Loading the player...

Mosart Volfqanq Amadey

"Fiqaronun toyu" operası  

İfa edir:  Vyana Filarmonik Orkestri, dirijor – Rikardo Muti

Uvertyura

Loading the player...

I pərdə. Fiqaronun ariyası   

Loading the player...

Rozinanın ariyası

Loading the player...

Süzanna və Fiqaronun dueti

Loading the player...

Süzanna və Kerubinonun dueti

Loading the player...

Mosart Volfqanq Amadey

"Don Juan"  operası  

İfa edir:  Vyana Filarmonik Orkestri, dirijor – Rikardo Muti

Uvertyura

Loading the player...

Don Juan və Serlinanın dueti 

Loading the player...

Don Juan ariyası (Şampanski ilə)

Loading the player...

Mosart Volfqanq Amadey

Rekviyem

İfa edir: London Filarmoniyasının Orkestri və xoru,

dirijor – Frans Velzer-Möst

“Requiem aeternam”

Loading the player...

“Benedictus”

Loading the player...

“Lacrymosa” 

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1