BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Mirzəyev Musa Abdulla oğlu (26.01.1933 - 29.01.2016)

 

Bəstəkar

 

Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur. Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini Əməkdar müəllim Leyla xanım Muradova, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947-1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydman, xüsusilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952-1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayevdən öyrənmişdir. Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir.

 

Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır.

O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında “Simfonik alətləşdirmə” və “Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir. Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir.

Musa Mirzəyevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.1982-ci il Azərbaycan SSR əməkdar incəsənət xadimi,2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti,2003-cü ildə Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni 2013-cü ildə İlham Əliyev tərəfindən "Şərəf" ordeni layiq görülüb.

Musa Mirzəyev 83-cü ad günündən 3 gün sonra, 29 yanvar 2016-cı ildə Bakıda insultdan vəfat etmişdir.

 

Mirzəyev Musa

"Azərbaycan rəqsi"

İfa edir: Ukrayna Simfonik Orkestri, dirijor: Kərimov Fəxrəddin

Loading the player...

Mirzəyev Musa

"Yeni il gəlir "

İfa edir: Elnarə

Loading the player...

Musa Mirzəyev

"Azərbaycan rəqsi"

İfa edir: Gənclər Simfonik Orkestri.

Dirijor: Teymur Göyçayev

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1