Babayev Mobil (23.12.1945)
Bəstəkar
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mobil Rəşid oğlu Babayev XX əsrin 70-ci illərində yaradıcılığa başlayan bəstəkarlar nəslinin istedadlı və ən layiqli nümayəndələrindən biridir. Azərbaycanın simfonist bəstəkarı Cövdət Hacıyev məktəbinin yetişdirməsi olan Mobil Babayev, müxtəlif janrlarda yazılmış çoxsaylı orijinal əsərlərin müəllifidir. Belə ki, bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental və vokal əsərlər, o cümlədən 5 simfoniya, viola və orkestr üçün 2 konsert, 2 oratoriya, 2 kantata, 50-dən artıq filmə, o cümlədən bədii, sənədli, elmi-kütləvi və cizgi filmlərinə yazılmış musiqi, caz orkestri və estrada simfonik orkesri üçün çoxsaylı kompozisiyalar, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnı və s. aiddir. Azərbaycan bəstəkarları arasında M.Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada simfonik orkestri üçün konsert janrlarıdır.
Babayev Mobil
"Bu qatarın dalınca baxma..."
Babayev Mobil
"Ömür qeri dönə bilsə". Mahnılar
Babayev Mobil.
"Bu dünya..." Oratoriya.
Çalır: Az.T.R. "Niyazi adına simfonik orkestri", Az.T.R. xoru, dirijor: Azad Əliyev. Solistlər: Səbinə Əsədova və Əvaz Abdullayev.
Babayev Mobil.
"Babamın, babasının, babası" filmindən musiqilər.
Çalır: SSRi Dövlət Kinematoqrafiya komitesinin orkestri. Dirijor - Konstantin Krimetz.
Babayev Mobil.
IV simfoniya.
Çalır: Az.T.R. Niyazi adına Simfonik orkestri. Dirijor: Azad Əliyev.
Babayev Mobil.
"Qarabağ". V simfoniya.
Çalır: Az.T.R. Niyazi adına Simfonik orkestri. Dirijor: Azad Əliyev.
Babayev Mobil.
"Ağlama torpağım, ağlama..." Oratoriya.
Söz. Nüsrət Kəsəmənli.
İfa edirlər: Az.T.R. estrada-simfonik orkestri,
Az.Dövlət Xor Kapellası. Solistlər: Rizvan Sadırxanov,
Flora Kərimova, Əliabbas Qədirov və Alim Qasımov.
Dirijor: müəllif. Solist - Vaxtanq İmanov.