BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Kazımov Oqtay Məmməd oğlu (1932 - 2010)

 

Bəstəkar.

 

Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O.Kazımi Asəf Zeynallı adına Musiqi Texnikumunun xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir.

 

O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına Musiqi Texnikumunda xalq çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır.

 

Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə və digər korifey müğənnilər ifa etmişlər. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabag rapsodiyası", Təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulmuş "İtlər", Musiqili teatrında səhnələşdirilmiş ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.

 

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat etmişdir.

 

Kazımi Oqtay

"Köçəri quşlar"

İfa edir:  Hüseynağa Hadıyev

Loading the player...

Kazımi Oqtay

"Mehriban İnsanlar"

İfa edir:  Flora Kərimova, Huseynaga Hadıyev

Loading the player...

Kazımi Oqtay

"Xəzərin sahilində"

İfa edir:  Züleyxa Mirismayılova

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1