BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

DÜNYA BƏSTƏKARLARI

 

Dmitri Kabalevski (30.12.1904 — 14.02.1987)

 

D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, fortepiano pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir.

 

D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş, tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını” , 2-ci fortepiano konsertini, 3 simfoniyasını, R.Rollanın əsəri əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ilə fortepiano üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı” vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.

 

Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (fortepiano üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonraki dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4-cü simfoniyasını bəstələyir.

 

Simfoniyanın məzmunu çoxplanlıdır,dramaturqiyası isə kəskin konfliktlərlə zəngindir. Bəstəkar opera janrında da çox bəhrəli çalışmışdır. 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə “Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır. Kabalevski xor musiqisinə də böyük maraq göstərirdi. O yenidən kantata, oratoriya kimi iri formalara müraciət edir, Q.Solodarın sözlərinə “Şəhər,bahar və sülh haqqında nəğmə”, “Doğma torpaq haqqında “, “Dostluq nəğmələri” kantatalarını bəstələyir. Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir.

 

Bas və fortepiano üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir

 

Kabalevski Dmitry

"Tarasın ailəsi" operası  

Tarasın ariyası 
Loading the player...
Tarasın reçitativ 
Loading the player...

Kabalevski Dmitriy

Konsert (skripka və orkestr üçün)

ifa edir: D.Oystrax

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1