BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

İbrahimova Sevda Mirzə qızı (1939)

 

Bəstəkar.

 

Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu (1962. professor M.Brennerin sinfi) və bəstəkar (1964. professor Q.Qarayevin sinfi) ixtisasları üzrə bitirmişdir. Görkəmli tarzən Qurban Pirimovun nəvəsidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1989), Dosent (1989), Professor (1994), Azərbaycan Respublikasının Xalq artisti (2005).

 

Əsərləri: "Nənəmin nağılları", "Həqiqət üzüyü"operaları, "Dünya bir pəncərədir" skripka və kamera orkestri üçün Poema (2003-2004), "Əzizlərimin xatirəsinə" violonçel və fortepiano üçün silsilə (2004-2005), "Poema- ithaf" orqan, soprano və bariton üçün (2005), Skripka və piano üçün pyeslər (2005), Oda səs, tar və simli orkestr üçün (2005), "Qarabağnamə" tar və orkestr üçün Konsert (2006-2007), piano üçün pyeslər "Məhəbbət işığı" fortepiano üçün silsilə (2008), Piano və simfonik orkestr üçün 4 saylı Konsert (2008-2009), 2 piano üçün pyeslər (2008), Piano üçün silsilə pyeslər ("Əhval-ruhiyyələr", "Məhəbbət işığı", "Gənc pianoçuya", "Azərbaycan təranələri"), "Etiraf" simli orkestr üçün musiqi (2011), "Qəlbimin nuru" piano üçün silsilə (2011), Romansalar – Nizami, Şəhriyar, S. Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, N.Rəfibəyli, H.Billurinin sözlərinə (2002-2012).

 

İbrahimova Sevda

"Dünya bir pəncərədir"  skripka, simli orkestr və fortepiano üçüm poema

İfa edir:  Zəhra Quliyeva

Loading the player...

İbrahimova Sevda

"Etiraf" violonçel, forpetiano və orkestr üçün əsər

İfa edir:  Aleksey  Miltıx, Səidə Tağızadə 

Loading the player...

İbrahimova Sevda

"İthaf"  Qara Qarayevin xatirəsinə (1982)

İfa edir:  Murad Adıgözəlzadə

Loading the player...

İbrahimova Sevda

"Lay lay" romans

İfa edir: Fəridə Məmmədova 

Loading the player...

İbrahimova Sevda

"Tez gəl" romans

İfa edir: Fəridə Məmmədova 

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1