İsmayil Soltan Oğlu Hacibəyov ( 02.09.1949 - 2006 )
İsmayıl Hacıbəyov 1949-cu il sentyabrın 2-də anadan olub. Bəstəkar Soltan Hacıbəyovun oğludur.
1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Q.Qarayevin sinfi üzrə bitirmişdir.
Piano Üçün "Albomdan Səhifələr" Süitası (1991); Piano Üçün "Üç Idilliya" (1992); Fleyta Və Simli Orkestr Üçün "Konsertştük" (1993); Oktet Üçün "Divertisment" (1993); Dantenin Söz. 4 Romans (1996); "Füruzə" Operası /Libretto – Müəllifindir/ (1997); Fleyta, Klarnet və Piano Üçün "İstəklər" Triosu (1998); Nəfəsli Alətlər Üçün Kvintet (1999); A' Capella Xoru Üçün 3 Vokaliz (2000).
"Humay" Milli mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru olmuşdur.
Hacıbəyov İsmayıl
"Cəngi" Fortepiano və Orkestr üçün Rapsodiya
İfa edir: Radio və Televiziya Simfonik Orkestri, dirijor - Ramiz Məlikaslanov
Hacıbəyov İsmayıl
Three Sketches a la Watteau
Ifa edirlər: Ülviyyə Vəliyeva, Murad Adıgözəlzadə,
Elnara Haşımova və Tamilla Quliyeva
Hacıbəyov İsmayıl
Doppelkonzert für Violine, Violoncello und Orchester
Ifa edir: Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestr, skripka - Elina İsmət, violonçel - Eyyub Əliyev
Hacıbəyov İsmayıl
"Vatto ruhlu eskizlər"
Ifa edir: Ülviyyə Hacıbəyova, piano