Hüseynzadə Ədılə Hacıağa qızı (1916-2005)
Bəstəkar.
O, 1916-cı il aprelin 28-də anadan olub. XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk Azərbaycanlı qadındır.Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982),
Əsərləri: simfonik poema, simli kvartet, kantata, xor miniatürləri. Bəstəkarın yaradıcılığında romans janrı üstünlük təşkil edir. Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, R.Rzanın sözlərinə "Duyğular" vokal silsiləsi və b.adlarını sadalamaq olar.