AZƏRBAYCAN BƏSTƏKARLARI
Xanmәmmәdov Hacı Dadaş oğlu. 1918-2005
Bәstәkar.
Azәrbaycanın xalq artisti (1988), әmәkdar incəsənət xadimi (1967), professor (1988), "Şöhrət" ordenli Prezident təqaüdçüsü.
1932 ildә musiqi mәktәbinә tar ixtisası üzrә qәbul olunmuşdur (imtaһan komissiyasının sәdri Hacıbəyli idi). 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini (professor Q.Qarayev) bitirmişdir.
Hacıbəyli onun yataqxanaya düzәlmәsinә, maddi yardım almasına da kömәk etmiş, onu bәdii rәһbәri vә dirijoru olduğu xalq çalğı alәtlәri orkestrinә işә götürmüşdu. Xanməmmədov bәstәkarın 1942 ildә ADK-nda açdığı Azәrbaycan xalq musiqisinin әsasları şöbәsinin ilk tәlәbәlәrindәn olmuş, Hacıbəylidən dәrs almışdır.
Müxtәlif janrlı әsәrlәrin — 2 operetta ("Bir dəqiqə", "Bütün ərlər yaxşıdır"), Simfonietta, tar vә simfonik orkestr üçün 5 konsert, arfa ilә simfonik orkestr üçün konsert, suitalar ("Azərbaycan eskizləri", "Kolxoz", "Bayram"), 100-dən artıq maһnılar vә s. əsərlərin muәllifidir.