BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Hüseynov Fərhəng Rəhim oğlu (1949- 2010)

 

Bəstəkar.

 

Hüseynov Fərhəng 1949-cu il iyulun 16-da anadan olub. 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (violino - professor L.Koqanın sinfi), 1976-77-ci illərdə həmin Konservatoriyanın assistentiura-stajorluğunu, 1982-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor F.Qarayevin sinfi) bitirmişdir. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olmuş, uzun müddət Türkiyədə çalışmışdır. Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Əsərləri: Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990), "Kiçik şahzadə" operası (A.Sent-Ekzüperinin əsəri əsasında. 1990), Orqan üçün "Mərasimlər" (1991), "Kodayu" operası (libretto – Eyko Aoki. 1993), Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995), "Kiçik kantata" (1996), 4 romans (1997), Skripka və piano üçün Sonata (1997), Soprano və simli kvartet üçün "Stabat Mater" ("Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb. 1998), Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000), 2 saylı Simli kvartet (2000). "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin laureatı (Yaponiya, 1991),"Sülh naminə" Beynəlxalq müsabiqənin laureatı (ABŞ, 1995), "Xose Asunsyon Flores" ad. I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000).

 

Hüseynov Fərhəng

Kodayu (Opera 4 pərdə)

Dirijor: Chi Taru, Tokyo City Philharmonic Orchestra

Loading the player...

Hüseynov Fərhəng

Pyes

Ifa edir: Ülviyyə Hacıbəyova

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1