Nəzirova Elmira Mirzə-Rza qızı ( 30.11.1928 - 23.01.2014)
30 noyabr 1928-ci il Bakıda anadan olmuşdur. Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1964).
1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını H.H.Şaroyevin fortepiano sinfi üzrə, 1954-cü ildə isə B.Zeydmanın bəstəkarlıq sinfi üzrə bitirmişdir. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində müəllimlik fəaliyyəti ilə məşğul olub (1971-ci ilə qədər).
Əsərləri: simfonik orkestr üşün - Uvertyura (1953), fortepiano və simfonik orkestr üçün I Konsert (1954), (F.Əmirovla birgə. 1957), III (Gənclik . 1968), skripka və fortepiano üçün - Simli kvartet (1952), Elegiya (1958), violonçel və fortepiano üçün - Sonata (1952), 2 fortepiano üçün alban xalq mövzularında Süita (F.Əmirovla birgə. 1855), fortepiano üçün - 5 prelüdiya (1947), 4 etüd (1953), Variasiyalar (1953), Sonatina (1954) 5 uşaq pyesləri (1957), Sonata Poema (1969), xalq mahnılarının işlənmələri, kino və dram tamaşalarına musiqi.
Nəzirova Elmira
Fortepiano və orkestr üçün Ərəb mövzularında konsert.
İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor – Rauf Abdullayev,
solist – Fərhad Bədəlbəyli
Prelüd №4
İfa edir: Ester Yofi (fortepiano)