Dadaşova Elnarə Rəhimağa Qizi ( 25.06.1952 )
Bəstəkar, 1952-ci il iyunun 25-də anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar kimi 1975-ci ildə (professor Q.Qarayevin sinfi) bitirmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2007), Dosent (2008), Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2010), Professor (2011).
Əsərləri: Fleyta və piano üçün “Muğamsayağı” (2002), “Ata” soprano və piano üçün Romans (söz. – R.Rza. 2003), Simli orkestr üçün “Xoral” (2004), Orqan üçün “Segah üstündə fantaziya” (2006), “Deyingən bədqılıq”, “Ağlağan”, “Zarafatçı” fortepiano üzrə tədrisin III sinif şagirdləri üçün 3 pyes (2008), Piano üçün 15 fuqa (2010), Azərbaycan Dövlət Pedaqoji İuniversitetinin Himni ikisəsli xor və Azərbaycan xalq çalğı alətləri ansamblı üçün (söz.- R.Rza. 2011), Milli nəfəsli alətlər və piano üçün Kvintet (2011), Piano üçün 4 fuqa (2011), Səs, 2 piano və zərb alətləri üçün Ariya (2012), “Sayalı” baleti (2012), S.Tağıyevanın, M.Babayevanın sözlərinə mahnılar (2003-2005).
Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.
Prelüd №6 piano üçün
İfa edir: Yulduz Aslanova (piano)
"Sarı gəlin" lirik-xalq aranj. Tenor və Kamera Orkestr üçün
İfa edir: solist - Rauf Adigözəlov (tenor),
Niyazi adına Azerbaycan Dövlət Kamera Orkestri, dirijor - Yaşar İmanov
Simli Kvartet №2
İfa edir: 1 skripka - T.Əliyeva, 2 skripka - H.Rəhimova,
skripka - R.Seyidzadə, violonçel - R.Abdullayev
"Triptix"
İfa edir: Q.Qarayev adına Kamera Orkestri, dirijor - Ramiz Məlikaslanov
"Mənim tanrım". Söz. - H.Cavid
İfa edir: E.Rəhimova - soprano
"Ürəyinə vuruldum". Söz. - B.Vahabzadə
İfa edir: E.Rəhimova - soprano
"Bayatım mənim". Söz. - C.Gəyçaylı
İfa edir: E.Rəhimova - soprano
"Səni ürək bilmişəm". Söz. - B.Vahabzadə
İfa edir: E.Rəhimova - soprano
"Ana". Söz. - S.Tağıyeva
İfa edir: F.Məmmədova - soprano