DÜNYA BƏSTƏKARLARI
Dvorjak Antonin Leapold (08.09.1841 — 01.05.1904)
Çex bəstəkarı, məşhur "Balıq qız" operasının, "Yeni dünyadan" simfoniyasının ( Dvoryak uzun müddət yaşadığı və çalışdığı ABŞ-da yazıb), səkkiz simfoniyanın, konsertlərin, digər musiqi əsərlərinin müəllifidir. Onun əsərlərində Moraviya və Bogemiyanın xalq musiqisi elementlərindən istifadə edilib.
Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřjik Smetananın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu -York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb. Dvоrjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib. Dahi bəstəkarın qələmə aldığı "İnadkarlar", "Hiyləgər kəndli", "Su pərisi", "Yakоbinçi" оperaları çeх milli оpera repertuarının əsasını təşkil edib.
9 simfоniya, 10 opera, 5 simfоnik pоema, 5 uvertüra, skripka ilə оrkestr üçün kоnsert, "Müqəddəs Lyudmila" оratоriyasının müəllifi Antonin Dvorjak 1 may 1904-cü ildə vəfat edib.